Üzüm və Şərab Festivalı
Şamaxı rayonunun Meysəri kəndində keçirilən Üzüm və Şərab Festivalı Azərbaycanın şərabçılıq ənənələrini təbliğ edən kulinariya və musiqi tədbiridir. Festivalda yerli şərab brendlərinin sərgisi, dequstasiyalar və müxtəlif əyləncə proqramları təqdim olunur.